Filip Riker Bakıdan İrəvana getdi

10 İyun 2021 14:09

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Riker Ermənistana səfər edib.

Milli.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, o, ölkənin müvəqqəti Baş naziri Nikol Paşinyanla görüşüb.

Tərəflər regional və ikitərəfli gündəliyin bir sıra məsələlərini, xüsusən Qarabağ münaqişəsini müzakirə ediblər.

Qeyd edək ki, F. Riker 8-9 iyun tarixlərində Bakıda səfərdə olub.

Milli.Az