Aİ ölkələrində tam peyvənd olunanların sayı 100 milyona çatıb

10 İyun 2021 19:24

Avropa İttifaqı (Aİ) ölkələrində 100 milyon nəfər koronavirusa qarşı tam peyvənd olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

O əlavə edib ki, Aİ-də, həmçinin yaşı 18-dən yuxarı sakinlərin 50 faizə yaxını peyvəndlənib.

Milli.Az