Üzü nəmləndirən maska

13 İyun 2021 13:45

Gözəl dəriyə sahib olmaq üçün ev şəraitində hazırladığınız maskalardan istifadə edə bilərsiniz.

Milli.Az Axşam.az-a istinadən səpkiləri və ləkələri təmizləyən və üzünüzü nəmləndirən məhlulu təqdim edir.

1 yemək qaşığı sarıkök, 1 ədəd yumurta sarısı, 1 çay qaşığı düyü unu və 1 çay qaşığı balı qarışdırın. Maskanı üzünüzə vuraraq 20 dəqiqə gözləyin. Daha sonra isə ilıq su ilə yuyun.

Milli.Az