Meyvə və tərəvəzlə gözəlləşin

13 İyun 2021 13:00

Üz dərisinin təravətli olması hər bir xanımın arzusudur. Yay mövsümündə meyvə və tərəvəzlərin bol olması sizin baxım işinizi daha da asanlaşdıra bilər.

Milli.Az Axşam.az-a istinadən tərəvəz və meyvələrdən hazırlanan maskalar təqdim edir. Bu meyvələri əzib, üzə maska edin, təravətli və gənc dəriyə sahib olun.

Qaysı gündən yanmış dərini sakitləşdirir.

Badımcan və kabaçok quru və problemli dərini nəmləndirir.

Banan nəmləndirir və mimiki qırışları azaldır.

Qarağat dərin məsamələri bağlayır, dərini sağaldır.

Şaftalı quruyub, dartılan dərini nəmləndirir.

Üzüm nəmləndirir və sağaldır.

Limon irinli civzələri qurudub, yağlı dərini hamarlaşdırır, məsamələri bağlayır.

Gilas dəri problemlərini sağaldır.

Milli.Az