Ermənistan polisi Koçaryanın tərəfdarlarını saxlayır

10 İyun 2021 13:15

Ermənistanda sabiq prezident Robert Koçaryanın "Ermənistan" blokunun seçkiqabağı kampaniyası zamanı "Daşnaksutyun" partiyasının 10 üzvü saxlanıb.

Trend-in erməni KİV-lərinə məlumatına görə, tədbir zamanı baş nazir vəzifələrini icra edən Nikol Paşinyana qarşı aksiya keçirilib.

Aksiya zamanı polislə iştirakçılar arasında iğtişaş yaşanıb. Nəticədə azı 10 nəfər polis tərəfindən saxlanılıb.

Milli.Az