Ramiz Əzizbəyli dəfn olundu - FOTO - YENİLƏNİB

10 İyun 2021 13:21

13:21

Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub.

O, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

--------

12:49

Ötən gün vəfat edən Xalq artisti Ramiz Əzizbəyli ilə vida mərasimi keçirilir.

Milli.Az bildirir ki, mərasim Xalq artistinin yaşadığı binanın önündə keçirilir.

R.Əzizbəyli ilə vida mərasimində ailə üzvləri, yaxınları, sənət dostları iştirak edirlər.

Milli.Az