Dünyanın ən möhtəşəm donu - FOTO

8 Fevral 2012 09:15
"Dünyanın ən möhtəşəm donu" adlandırılmış bu geyimin hazırlanması üçün 1725 qızılgüldən istifadə olunub.

Milli.Az "The Guardian"a istinadən bildirir ki, "Asda"nın modelyerləri paltarın hazırlanmasına 170 saat sərf ediblər.
Dizaynerlər qrupuna isə "RHS Chelsea Young Florist of the Year" mükafatının laueratı, 23 yaşlı florist Co Massi başçılıq edib.

Massinin dediyinə görə, Parisdə keçirilmiş Yüksək Modap Həftəsində modelyer Stefan Rollandın hazırladığı, ağırlığı 51 kq olan donu görəndən sonra qızılgüllərdən qadın geyimi hazırlamaq fikrinə düşmüşdü.

Massi unikal donun hazırlanması üçün 1725 "Karmen" qızılgülü ilə yanaşı, 150 bənövşəyi qızılgül, 300 qərənfildən də istifadə edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Fotolar: Asda