Estetik yaşı qızlarda 16, oğlanlarda 17-yə düşdü - Səbəbləri

10 İyun 2021 22:05

Son günlərdə gənclərin estetik əməliyyatlara marağı artıb. Qadınlarda bu yaş 16, kişilərdə isə 17-ə enib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, türkiyəli mütəxəssis Timur Batmaz bu marağın artma səbəblərindən danışıb:

"İnsanlar sosial mediadan istifadə edir, texnologiya ilə maraqlanır, hər şeylə çox tez əlaqə yaradır və hər şeydən çox tez bezirlər. Bu zaman xarici görünüşlərini dəyişdirmək istəyirlər. Sosial mediada, proqramlarda üzünü, gözünü, xarici görkəmini dəyişir və bir müddət sonra həmin görünüşə sahib olmaq üçün həkim axtarışına girirlər. Ən çox burun əməliyyatına maraq var. Amma bu hal ailələrin kabusu halına dönüşür. Ailə yox dediyi an psixoloji problemlər başlayır.

Evdə diqqətinin cəmləndiyi şeylərdən biri güzgü, digəri isə sosial media olduğu zaman estetik tələb daha da artır. Digər tərəfdən, əməliyyat yaşı 1-dir. Ona görə də valideynin icazəsi mütləq olmalıdır".

Milli.Az