Fransa erməni-fransız qardaşlağının "bəhrəsini dadır"

10 İyun 2021 12:09

Fransada qanbiyalı miqrant, 26 yaşlı Yusufun qətli ermənilərin digər irq və xalqların nümayəndələrinə qarşı nifrət zəminində minlərlə aqressiya aktından biridir. Amma bildiyimiz kimi, ermənilərin özləri və himayədarları cinayətlərini uğurla ört-basdır etməyi bacarırlar.

Cənubi və Şimali Qafqazın xalqları demək olar ki, bunun şahididir. Ermənilərin cəzasızlığı ona gətirib çıxarıb ki, bu gün onların törətdiklər cinayətlər Qafqazın hüdudlarından kənara çıxıb.

Məlum olduğu kimi, Fransanın Sent-Etyen şəhərində 3-4 ermənidən ibarət qrup 26 yaşlı qambiyalıya hücum edərək ona 4 ölümcül bıçaq zərbəsi endirib və bütün bunlar insanların gözü önündə baş verib.

Fransa mənbələrinin məlumatlarına əsasən, insident irqçilik zəminində, ermənilərin ikinci vətən hesab etdikləri ölkədə və irqçiliyin qanunla cəzalandırılmalı olduğu ölkədə baş verib.

Əsas problem ondan ibarətdir ki, məhz cəzasızlıq erməniləri irqçilik və digər xalqlara nifrət sərgiləməyə ruhlandırır və bu cür halların sayı getdikcə çoxalır.

Əlbəttə, Fransa prezidenti Emmanuel Makronun erməniyönümlü bəyanatları fonunda bir nəfərin üzərinə dörd nəfərlə hücum edən ermənilərin də "cəsarəti" artır və onlar Fransada özlərini daha da müdafiə olunan hiss edirlər.

Ermənilərin Qarabağdakı cinayətlərinə göz yummaqla Fransa erməni irqçiliyinin bu ölkədə tüğyan etməsi ilə üzləşib.

Fransa dəstəklədiyi ermənilərin sabah faşizmə qarşı mübarizə aparmış fransız əsgərinin qəbrini təhqir edəcəyinə hazır olmalıdır. Çünki həm Ermənistanda, həm də Qərbdə erməni gənclər arasında faşist Qaregin Njdenin şəxsiyyətinə pərəstiş çiçəklənir.

Fransa sabah Paris küçələrində ASALA terror təşkilatının üzvlərinin açıq-aşkar şəkildə gəzməklərinə hazır olmalıdır. Bu isə Fransa demokratiyası üçün təhqir olacaq.

Öz növbəsində isə Fransada yaşayan ermənilər Afrika ölkələrindən gələnlərin reaksiyası ilə üzləşməyə hazır olmalıdır.

Rufiz Hafizoğlu
Trend BİA-nın baş redaktoru