Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başladı

10 İyun 2021 12:15

Bu gündən Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başladı.

"Manşet.az" adlı sayt yeni, modern informasiya resursu kimi istifadəyə verilib. Sayta manset.az domenindən giriş mümkündür. 

Xəbər portalı ölkənin siyasi, ictimai, sosial həyatındakı hadisələrdən və dünyada baş verən ən son xəbərlərdən məlumat verəcək.

Saytın yaradıcıları jurnalistlər Famil Fərhadoğlu və Əli Vəliyevdir.

Milli.Az