Zidanın oğlu Fransa klubunda oynayacaq

10 İyun 2021 18:54

"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidanın yeni komandası bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını vətəni Fransada davam etdirəcək.

Ötən ilin oktyabrında "Almeriya"dan ayrıldıqdan bəri klubsuz qalan orta sahə oyunçusu Fransanın II liqa təmsilçisi "Rodeze" ilə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Real" akademiyasının yetirməsi olan Enzo Zidan "kral klubu"nun C və B komandalarında çıxış edib.

Milli.Az