Kim Çen İn arıqladı - Səbəb nədir? - FOTO

10 İyun 2021 18:36

Şimali Koreya lideri Kim Çen İnin son fotosu onun səhhəti ilə bağlı fərziyyələri artırıb. 

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki,bu haqda məlumatı "mk.ru" saytı yayıb.

Mənbə yazır ki, Kim son bir ayda ilk ictimai görünüşü zamanı nəzərəçarpacaq dərəcədə incə görünüb.

Cənubi Koreyanın xəbər agentliyi Yonhap bildirir ki, təxminən on il əvvəl ölkənin lideri olduğu gündən bəri ağır çəkisi ilə qlobal marağa səbəb olan Kim dövlət mediasının şənbə günü yayımladığı kadrlarda arıq formada olub.

Keçən həftənin sonunda hakim partiyanın Siyasi Bürosunun iclasında danışan Kimin fotolarını təhlil edən "NK News" nəşri onun əhəmiyyətli dərəcədə arıqladığını yazıb.

Çərşənbə axşamı Seulda fəaliyyət göstərən bir veb sayt qeyd edib ki,  37 yaşlı Kim yəqin 12 min dollar dəyərində olan sevimli saatının kəmərini sıxıb.

Şəkillərdə onun sol biləyi 2020-ci ilin noyabrında və bu mart ayında çəkilən oxşar şəkillərdən xeyli incədir. 

2011-ci ilin dekabr ayında infarktdan dünyasını dəyişən Kim Çen İrin oğlu Kim Çen İn davamlı olaraq siqaret çəkir. Müşahidəçilərin fikrincə, bu da onun həyat tərzinə mənfi təsir göstərir. 

Milli.Az