İbadət yerlərində 14 yaş məhdudiyyəti götürüldü

10 İyun 2021 21:44

Nazirlər Kabineti yanında Operativ Qərargahın ibadət evləri üçün nəzərdə tutulan qərarlarında yumşalma olub.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova məlumat verib.

"Operativ Qərargahla məsləhətləşmələr aparıldıqdan sonra uşaqlarla bağlı 14 yaş məhdudiyyəti götürülüb. Daha azyaşlı uşaqların məscidlərə gəlməməsi məsləhət görülüb. Qalan digər məhdudiyyətlər olduğu kimi qalır", - deyə mətbuat katibi bildirib.

Milli.Az