Qasırğa 1 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb oldu - VİDEO

10 İyun 2021 18:48

Çinin Heyloncian vilayətində iyunun 1-də axşam saatlarında baş vermiş qasırğa nəticəsində 1 nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dolu ilə müşayiət olunan qasırğa Şanci şəhərində 146 evin, o cümlədən fermer təsərrüfatının, kiçik istehsal sahələrinin dağılmasına səbəb olub. Ərazidən 250-yə yaxın sakin təxliyə edilib.

Milli.Az