Azərbaycanda ahıl kişi özünü öldürmək üçün görün nə etdi

10 İyun 2021 13:30

Zaqatalada 65 yaşlı kişi intihara əl atıb.

Milli.Az xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 1956-cı il təvəllüdlü Tərlan Ağamehdi oğlu Mehdiyev zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı nevroz xəstəliyindən əziyyət çəkən T. Mehdiyevin intihar etmək məqsədi ilə xlor içdiyi məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az