Abşeron rayonunda tülkülər peyda olub.
Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a sakinlər tərəfindən videofakt göndərilib.
Sakinlər iddia edir ki, görüntülər Abşeron rayonunun Digah qəsəbəsində qeydə alınıb.
Ötən gün çəkilən görüntülərin ərazidə boş torpaq sahəsində lentə alındığı qeyd edilib.
Vətəndaşlar iddia edir ki, ərazidə peyda olan tülkülər uşaqlara hücum çəkməyə başlayıb:
"Tülkülər toyuq-cücə saxlayan qonşuların həyətinə girir, uşaqlara hücum edir. Aidiyyəti üzrə müraciət etsək də, məsələnin həlli üçün tədbir görülmür".
Milli.Az