Çində 26 il əvvəl oğurlanmış şəxs yenidən valideynlərinə qovuşub - VİDEO

10 İyun 2021 13:00

Çində 26 il əvvəl uşaqkən oğurlanmış şəxs yenidən valideynlərinə qovuşub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, kədərli ailə hekayəsinin xoşbəxt sonu Şenyan şəhərində baş verib. Hekayə isə belə başlayıb: 1995-ci ildə Quyyan şəhərindəki parkda oynayan 7 yaşlı Siao Cieni və onun bir neçə dostunu naməlum şəxslər aldadaraq qaçırıblar. Valideynlərin uzun müddət axtarışları nəticə verməyib. Amma Çində itkin düşən ailə üzvlərinin tapılması üçün son illər ölkə səviyyəsində aparılan xüsusi əməliyyat zamanı Siao Cienin DNK analizi götürülüb. Ailə üzvlərini axtaranların DNK analizlərinin nəticələrinin üzləşdirilməsi prosesində Siao Cienin valideynləri müəyyən olunub.

Milli.Az