"Ramiz hər dəfə özünə təskinlik verirdi ki, sağalacağam"

10 İyun 2021 11:30

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli ötən gecə dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  sənət dostları aktyorla vidalaşmaq üçün onun evinə yollanıb.

Xalq artisti Valeh Kərimov R.Əzizbəyli ilə bağlı xatirələrini media nümayəndələri ilə bölüşüb:

"Xəstəxanaya getmək mümkün olmadı, buraxmadılar. Çünki koronoviruslu xəstələr yerləşmişdi. Hər danışanda özünə təskinlik verirdi ki, sağalacam. Azərbaycan mədəniyyəti, incəsənəti itirdi. 1960-70 ci illərdə güclə yetişən sənətkarlar bu illərdə getdi.

Ramizin filmlərini, obrazlarını görürsünüz, gözəl aktyor idi. Yumusaq səsi ilə mahnılar da oxuyurdu. "Aman tello" mahnısını onun kimi gözəl oxuyan olmadı. Heç bir müğənni inciməsin, amma Ramiz daha gözəl ifa etdi. Hər yerdə insan kimi sevilirdi, şən adam idi. Danışırdı, güldürürdü, lətifə deyirdi, hər adam onu bacarmırdı".

Milli.Az