Gümrüdə siyasi toqquşma - VİDEO

10 İyun 2021 12:36

Gümrüdə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın tərəfdarları ilə Robert Koçaryanın tərəfdarları arasında toqquşma baş verib.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

"Vardanants" meydanındakı mitinqdən sonra Paşinyan və tərəfdarları şəhər mərkəzinə doğru yürüş ediblər. Toqquşma da Paşinyan tərəfdarlarının "Ermənistan" (Hayastan) blokunun qərargahının yanından keçdikləri zaman baş verib.

"Ermənistan" blokunun Şirak vilayəti üzrə koordinatorlarından biri Karapet Poqosyan bildirib ki, davaya ilk olaraq Paşinyanın tərəfdarları başlayıb.

Milli.Az