Ramiz Əzizbəyli ilə vida mərasimi buradan başlayacaq

10 İyun 2021 10:03

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli ötən gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun qohumu, müğənni Nurlan Əzizbəyli Axşam.az-a açıqlamasında bildirib ki, mərhumla vida mərasimi Yeni Yasamalda yerləşən evində keçiriləcək.

"Harada dəfn olunacağı hələ məlum deyil. Ramiz Əzizbəylinin nəşi bir azdan evinə gətiriləcək. Hələ xəstəxanadan ailəsinə təhvil verilməyib" deyə, N.Əzizbəyli qeyd edib.

Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az