Arif Babayevin oğlu: "Atam Türkiyəyə aparılmayıb, Bakıdadır"

10 İyun 2021 10:36

"Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, bildirib ki, atasının səhhəti normaldır: ". Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq".

Milli.Az