Təzminatı ödədi: "Başımın, gözümün sədəqəsi olsun"

10 İyun 2021 10:24

Türkiyəli aktrisa Hande Erçelə "Fətir sifət" dediyi üçün məhkəməlik olan sosial media fenomeni Alp Kılınç ona 1000 TL təzminat ödəyib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, A.Kılınç məhkəmə qərarından sonra sosial şəbəkədə yeni paylaşım edib:

"Sayəmdə yanaq əməliyyatı etdirdin, bugünki əsərini mənə borclusan. 1000 TL başımın, gözümün sədəqəsi olsun".

Qeyd edək ki, aktrisa 15 min TL təzminat tələb etmisdi.

Milli.Az