Ermənistanın Demokrat Partiyasının rəhbərləri saxlanıldı

10 İyun 2021 08:38

Ermənistanın Demokrat Partiyasının rəhbərləri Araratda öz tərəfdarları ilə seçkiöncəsi təbliğat görüşü zamanı polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə partiyanın növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsinə namizədi Tiqran Arzankansyan bildirib.

O, özünün feysbukdakı səhifəsində qeyd edib ki, partiyanın digər rəsmiləri Artaşat polis bölməsində olublar, lakin polisdən hələ cavab ala bilməyiblər.

Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-ə təyin edilib.

Milli.Az