Bakıda gənc qızı avtomobil vurdu

10 İyun 2021 08:18

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Orucova Gülnar Ayaz qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az