İtaliya hərbçilərini Əfqanıstandan çıxarır

10 İyun 2021 08:08

İtaliyanın NATO missiyası tərkibində Əfqanıstanda olan hərbi kontingenti yaxın həftələrdə bu ərazidən tamamilə çıxarılacaq.

"La Stampa" qəzeti xəbər verir ki, hərbçilərin 20 faizi artıq vətənə qayıdıb.

İtalyan kontingenti 900-dən çox hərbçi ilə üç missiyada təxminən 20 ildir Əfqanıstandadır.

Milli.Az