Məşhur müğənni estetik əməliyyatdan sonrakı görüntülərini paylaşdı - FOTO

10 İyun 2021 08:33

Türkiyəli məşhur müğənni Işın Karaca estetik əməliyyat keçirib.

Müğənni əməliyyatdan sonrakı fotolarını "Instagram" hesabından paylaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, həm əməliyyatdan əvvəl, həm də sonrakı şəkilləri paylaşan müğənninin yanaqlarının dolğunlaşması, dodaqlarının böyüməsi, çənə quruluşunun dəyişməsi, buxağının dartılması diqqət çəkib.

Məşhur müğənni əməliyyatdan sonra bildirib ki, o da digər qadınlar kimi yaşlanmaq istəmir, ruhən 28 yaşındadır, amma xarici görünüşü bunu demirdi.

Milli.Az