Albaniya parlamenti ölkə prezidentinə impiçment elan edib

10 İyun 2021 07:55

Albaniya parlamenti Konstitusiyanı pozduğuna görə ölkə prezidenti İlir Meteyə impiçment elan edib və tutduğu vəzifəsindən kənarlaşdırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 104 parlament üzvü impiçmentin leyhinə, yalnız yeddi nəfər isə əleyhinə səs verib. Daha üç nəfər bitərəf qalıb.

İndi 3 ay ərzində onun vəzifəsindən kənarlaşdırılması qərarı Albaniya Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.

Milli.Az