UEFA "Yuventus", "Real" və "Barselona" ilə bağlı işə baxılmasını dayındırıb

10 İyun 2021 07:35

Avropanın üç ən yaxşı futbol klublarına olan "Real Madrid", "Barselona" və "Yuventus"un yeni bir futbol turniri - Superliqa yaratmaq cəhdləri ilə əlaqədar məhkəmə prosesini dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə UEFA-dan bildiriblər.

Məlumatda qeyd olunub ki, müstəqil UEFA apellyasiya orqanının Superliqa adlı layihə üzərində işləyərkən qanuni pozuntulara yol verə biləcəyi "Barselona", "Yuventus" və "Real"la bağlı intizam icraatının dayandırılması barədə verdiyi qərarı nəzərə alınıb.

Dayandırılmanın səbəbinin üç klubun futbol turniri qurmağa çalışdıqlarına görə UEFA-nın onları cəzalandırmaq hüququna sahib olub olmadığını öyrənmək üçün məhkəmələrə müraciət etmələri ilə izah olunur.

Milli.Az