Suriyada Rusiya hərbçisi ölüb

10 İyun 2021 07:05

Suriyanın Xaseke vilayətində Rusiya hərbi polisinin zirehli avtomobilinin partlaması nəticəsində bir rus hərbçi öldü, daha üç nəfər yaralandı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, üç yaralı xəstəxanalara çatdırılıb, onların həyatları üçün təhlükə yoxdur.

Bildirilib ki, zirehli avtomobil naməlum partlayıcı qurğuya düşməsi nəticəsində partlayıb.

Milli.Az