Gəncədə 17 yaşlı qız 7-ci mərtəbədən yıxılıb

9 İyun 2021 23:30

Gəncədə bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

2004-cü il təvəllüdlü Hüseynova Şəms 9 mərtəbəli binanın 7 mərtəbəsindən yıxılıb.

Gənc qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az