Bakıda dəhşətli hadisə: Yaralılar var

9 İyun 2021 23:15

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, Zığ şosesində üç avtomobil toqquşub. Qəzaya uğrayan avtomobillərdən biri sonradan velosipedə çırpılıb. Hadisə nəticəsində bir neçə nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az