Qaxda traktor yanıb

9 İyun 2021 23:45

Qax rayonunda traktor yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qorağan kəndində "T-82" markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşqulara yığılan 4,4 ton ot bağlamasının 2,2 tonu ot yanıb.

Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az