Ramiz Əzizbəyli vəfat etdi

9 İyun 2021 20:13

Bu gün Xalq artisti Ramiz Əzizbəyli vəfat edib.

Bu barədə APA-ya Xalq artistinin ailəsindən məlumat verilib.

O, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az