Avro-2020-nin oyunlarına hazırlıq işləri Nazirlər Kabinetində müzakirə olundu - FOTO

9 İyun 2021 20:14

İyunun 9-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Avro-2020 futbol çempionatının Bakı şəhərində keçiriləcək dörd final oyununun təşkili ilə bağlı video-konfrans formatında müşavirə keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Müşavirədə hazırlıq işlərinə dair məruzələr edilib və müvafiq tapşırıqlar verilib.

Milli.Az