"Real-Trend" layihəsinin ilk buraxılışı yayımlanıb - VİDEO

9 İyun 2021 17:20

Real TV və Trend İnformasiya Agentliyi yeni birgə layihəsi olan "Real-Trend" verlişinin ilk buraxılışı yayımlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  verlişin ilk buraxılışında neft gəlirlərinin insan kapitalına, iqtisadiyyatın gücləndirilməsinə yönəldilməsi istiqamətində görülən işlər, Zəngəzur dəhlizinin region üçün yaratdığı yerni prespektivlər və digər iqtisadi məsələlər müzakirə olunub.

Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da Real Tv-nin efirində yayımlanır. "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər. Müzakirə edilən mövzular sırasına azad edilmiş ərazilərə böyük qayıdışın gündəlik qayğıları, 4-cü sənaye inqilabının gündəmə gətirdiyi məqamlar, "Ağıllı kənd", "Ağıllı şəhər" layihələrinin vəd etdiyi üstünlüklər və digər iqtisadi məsələlər daxildir.

Layihənin ilk buraxılışını təqdim edirik:

Milli.Az