ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib - FOTO

9 İyun 2021 19:18

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Filip Riker ilə görüşüb. Görüşdə ABŞ şirkətlərinin Qarabağın bərpasında iştirakı da müzakirə edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

"Bu gün ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi cənab Filip Riker və həmkarları ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması və işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələlərini müzakirə etdik", - deyə, nazir qeyd edib.

Milli.Az