Lənkəran rayonuna dolu yağdı
29 Aprel 2010 21:15
APA-nın məlumatına görə, dolu aramsız şimşək çaxmasından sonra başlayıb və təqribən 15 dəqiqə davam edib. Doludan sonra yağış yenidən davam etməkdədir.
Qeyd edək ki, cənub bölgəsində bir həftədən çoxdur ki, yağışlar fasilə vermədən yağır. İntensiv yağışlar Lerik və Astara rayonlarında torpaq sürüşmələrinə səbəb olub. Bundan əlavə, yağışların yağması bölgədə kənd təsərrüfatı bitkilərinin əkininin gecikməsi ilə müşahidə olunur, həmçinin yem və tərəvəz bitkilərinin məhsuldarlığına mənfi təsir göstərir.
/APA/