Döyüşçümüz erməni ilə qarşılaşacaq

9 İyun 2021 18:06

Qazaxıstanda iyunun 25-də qaydasız döyüş üzrə professional idmançıların görüşü keçiriləcək.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Ermənistanı təmsil edən Varşam Qevorkyan ilə Azərbaycanı təmsil edən Elmar İbrahimovun döyüşü iyunun 25-də baş tutacaq.

61 kiloqram çəki dərəcəsində keçiriləcək görüş Qazaxıstanın ən böyük şəhəri Almatıda baş tutacaq. Qarabağ müharibəsi və hazırda Azərbaycan-Ermənstan sərhədindəki gərginlik fonunda döyüşə maraq da yüksəskdir.

Milli.Az