Əri başqa qadınla tutulan Kibariye onu müdafiə etdi: “Bütün kişilər arvadlarını aldadır” - FOTO

9 İyun 2021 16:56

Türkiyəli müğənni Kibariye əri Əli Küçükbalçıkın başqa qadınla əl-ələ görünməsi məsələsi barədə danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müğənni ərini müdafiə edib.

"Mən gözümlə görmədim. Bəlkə iş yoldaşıdır. Günaha girə bilmərəm. Gözümlə görsəm inanardım...Ümumi danışacam, səhv başa düşülməsin...Bütün kişilər arvadlarını aldadırlar", - deyə o bildirib.

Kibariye deyib ki, belə şeylərə görə 24 ildir qoruduğu ailəsini dağıtmaz.

Milli.Az