Azad edilmiş ərazilərdə mikromaliyyə sahəsində layihələr planlaşdırılır

9 İyun 2021 15:10

Azərbaycanın azad edilmiş ərazilərində mikromaliyyə sahəsində layihələrin reallaşdırılması planlaşdırılır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib

Onun sözlərinə görə, ölkədə mikromüəssisələrin inkişafına yönəlmiş bir neçə layihənin konsepsiyası üzərində işlər aparılır:

"Ölkədə mikromaliyyələşdirmənin inkişafı istiqamətində üzv təşkilatlarımızın fəaliyyətinin təşviqi planlaşdırılır. Bundan başqa, Azərbaycanda maliyyə inklüzivliyinin yüksəldilməsi məqsədilə AMFA üzvləri üçün yeni xidmətlərin hazırlanması üzərində işləyir".

Milli.Az