Avtomobilini soyan oğrular bircə darağını qaytarıb

9 İyun 2021 15:40

Aparıcı Saleh Bağırov 2018-ci ildə başına gələn oğurluq hadisəsindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu haqda "Söhbət var"da danışan aparıcı avtomobilini soyan oğruların tutulduğunu deyib:

"Məni ən çox yandıran götürülən ətir oldu. Yeni açmışdım, az vururdum. Həmin adamı həbs etdilər. Çantam, sənədlərim, ətir getdi. Adama dedilər hanı əşyalar? Adam mənə bircə darağı qaytardı. Dedim ki, əgər elə söhbət bir daraq idisə, sülh yoluyla həll edərdik".

Milli.Az