Ermənistan bu gün sahibsiz vəziyyətdədir - KİV

9 İyun 2021 12:59

Ermənistanın hazırkı acınacaqlı vəziyyəti barədə yerli kütləvi informasiya vasitələri (KİV) həyəcan təbili çalmaqda davam edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bəzi media orqanları hətta Ermənistanı sahibsiz, başsız ölkə kimi təqdim edirlər.

Məsələn, Ermənistanın "Zhoxovurd" qəzetində bu gün dərc edilən bir məqalədə qeyd edilib ki, Ermənistandakı seçkilər birinci turda bitməsə və bu vəziyyət bir ay davam edəcəksə, iyunun 20-dən əvvəl və ya sonra gözlənilənləri təsəvvür etmək qorxuncdur: "Ermənistan bu gün sahibsiz bir vəziyyətdədir və mövcud hökumət bu şərtlərdə hər hansı bir addım atmaq əvəzinə təşviqat aparır".

Qəzet vurğulayır ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, bütün qubernatorlar məzuniyyətdədir və başqa heç bir məsələ ilə məşğul olmurlar.

"Ümumiyyətlə Xarici İşlər Nazirliyimiz yoxdur, nazir və bütün müavinləri istefa etdi və yeni şöbə müdiri hələ təyin edilməyib" - deyə qəzet yazır.

"News.am" portalında dərc olunan başqa bir məqalədə isə ölkənin uçuruma getdiyi vurğulanır. Sayt "Mənim Onurum var" blokunun lideri Arthur Vanetsyanın fikirlərinə yer verərək bildirir ki, ölkə rəhbərliyi daim yalan danışır, yalan onların kredosudur. Daha sonra qeyd edilir ki, inqilabçı proseslər yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın davranışının çox böyük bir hissəsində populizmin var.

Beləliklə, bu gün Ermənistan KİV-lərində təxminən eyni ab-hava hökm sürür. Dövlətin düşdüyü bu xaotik vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, əli və ünü yetən hər kəs müxtəlif media orqanları vasitəsilə bir-birini ittiham edir, günahlandırır və ya təhqir etdirir. Erməni cəmiyyəti isə həmişəki kimi böyük bir çaşqınlıq içərisindədir.

Milli.Az