Türkiyə diplomlarının tanınması... - Nazir açıqladı

9 İyun 2021 12:36

Türkiyənin təhsil naziri Ziya Selçuk Azərbaycan və Türkiyənin ali təhsil müəssisələrinin diplomlarının qarşılıqlı olaraq tanınması ilə bağlı sualı cavablandırıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, nazir bildirib: "Tədris ilinin müddəti baxımından iki ölkənin diplomlarının ekvivalenti ilə bağlı bəzi uyğunsuzluqlar var. Bu məsələ ilə bağlı müzakirələr aparılıb. Hesab edirəm ki, bu kimi məsələlər bizim bir-iki görüşlə dərhal həll edə biləcəyimiz məsələlərdir və bununla övladlarımıza yol açmaq iqtidarındayıq. Biz bunları böyük problemlər kimi deyil, danışıb həll edə biləcəyimiz məsələlər olaraq görürük. Onu da qeyd edim ki, diplomların ekvivalenti ilə bağlı bəzi razılaşmalar əldə etmişik".

Milli.Az