Bitkoini ilk bu ölkə rəsmiləşdirdi

9 İyun 2021 17:54

Salvador parlamenti bitkoini ölkə ərazisində rəsmi ödəniş vasitəsi kimi leqallaşdırlan qanunu qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qanun layihəsini 84 deputatdan 62-i dəstəkləyib.

Beləkliklə, Salvador bitkoini rəsmi ödəniş vasitəsi kimi qəbul edən ilk dövlət olub.

Bu qanun layihəsini bir neçə gün əvvəl ölkə prezidenti Nayib Bukele parlamentə təqdim etmişdi.

Qanuna əsasən, Salvadorda bitkoin ABŞ dolları ilə yanaşı ödəniş vasitəsi kimi istifadə olunacaq.

Milli.Az