Xəzər dənizində balıqçı itkin düşüb

9 İyun 2021 12:11

Dünən öz qayığı ilə dənizə balıq ovlamağa çıxan Salyan rayonunun Xıdırlı kənd sakini 28 yaşlı Xamis Fizuli oğlu Xəlilov itkin düşüb.

Onun qayığı sahildən çevrilmiş vəziyyətdə görünür. Yerli sakinlər Xəlilovun boğulduğunu ehtimal edirlər, xəbəri Turan-ın bölgə müxbiri verib.

Milli.Az