Ermənistanda COVID-19-dan ölənlərin sayı 4474 nəfərə çatıb

9 İyun 2021 18:48

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 99 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 223 384 nəfərə çatıb.

Ermənistanda son sutka ərzində COVID-19-dan 11 ölüm halı qeydə alınıb.

Ermənistanda koronavirus infeksiyasından ölənlərin ümumi sayı 4474 nəfərdir.

Milli.Az