"İntim fotolarını mən göndər" - Əxlaqsız müəlliminin məktəblidən istəyi

9 İyun 2021 11:17

"Salam, mən tezliklə sizin məktəbə keçirəm və tanış olmaq istəyirəm. Szdə qəşəng oğlanlar var?".

Milli.Az xəbər verir ki, təxminən dörd il məktəblilərə sosial şəbəkələr vasitəsilə irkutsklu bir müəllim tərəfindən belə məlumatlar göndərilib. Onların hər birinin də 11-13 yaşı var. Belə götürəndə burada qeyri-adi heç nə yoxdur. Sadəcə yeniyetmə məktubudur. Lakin məsələ odur ki, mesajlara cavab verən kimi dərhal daha açıq mövzulara keçilirmiş.

Məsələn, "böyük qardaşını hamamda görəndə daxildə hansı alovu keçirirsən?" və s. Əgər yazışma dayanmırdısa, o zaman intim fotolarını göndərməyi xahiş edirdi. Heç bir məktəbli qız da bundan təəccüblənmirdi. Bəlli olur ki, bunu edən institut müəllimi olub. Şərti adı Oleq hazırda bir neçə maddə üzrə ittiham olunur. Zərərçəkən qızların sayı 12-dir. Müəllim onlara qarşı müxtəlif seksual hallara da yol verib. Qızlar da qorxularından valideynlərinə heç nə deməyiblər.

Kamran Seyidov
Milli.Az