Gürcüstanda koronavirusa daha 821 yoluxma qeydə alınıb, 31 nəfər ölüb

9 İyun 2021 13:29

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 821 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 351 249, xəstəlikdən ölənlərin sayı isə 4 982 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 335 895 nəfərin sağaldığı bildirilir.

Milli.Az