Aprelin 30-na olan hava proqnozu

30 Aprel 2010 06:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda havanın temperaturu gündüz 13-15, gecə 6-8, Naxçıvanda gündüz 16-18, gecə 5-7, aran bölgəsində gündüz 12-14, gecə 3-5, dağlıq zonada gündüz 5-7, gecə mənfi 1-3 dərəcə təşkil edəcək.

Həftənin sonunadək Abşeron yarımadasında mövsümə görə nisbətən sərin və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Milli.Az