Mədəni abidələrin monitorinqi aparılıb - VİDEO

9 İyun 2021 17:12

İşğaldan azad edilən ərazilərdə 855 mədəniyyət müəssisəsi aşkar edilib

İşğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqlər zamanı 855 mədəniyyət müəssisəsi aşkar edilib.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, indiyədək aparılmış̧ ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 314 tarix-mədəniyyət abidəsinə baxış̧ keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 125 obyektin (yeni aşkar olunmuş̧ abidə) monitorinqi aparılıb. Həmçinin aparılan ilkin monitorinqlər zamanı 855 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 457-si kitabxana, 345-i klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış̧ vəziyyətdədir.

Monitorinqlərlə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir", - deyə Məryəm Qafarzadə vurğulayıb.

Qeyd edək ki, aparılmış monitorinqlərlə bağlı may ayının əvvəlində də ictimaiyyətə məlumat verilib.

Milli.Az